Menu

“F-16-ların Ukraynaya tədarükü ilə bağlı yekun qərar yoxdur” - Yens Stoltenberq

17.08.2023, 17:02
“F-16-ların Ukraynaya tədarükü ilə bağlı yekun qərar yoxdur” - Yens Stoltenberq

“F-16 qırıcı təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı hələ ki yekun qərar yoxdur”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, ukraynalı pilotlar tezliklə F-16 döyüş təyyarələrində təlimlərə başlamalıdırlar: “Amma təyyarələrin Ukraynaya verilməsi üçün ayrıca bir qərar lazımdır”.

Y.Stoltenberqin fikrincə, təlimlər F-16 qırıcılarının tədarükünü daha da yaxınlaşdırır.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikov daha əvvəl bildirib ki, qırıcılar 2024-cü ildə tədarük edilə bilər.

Şərhlər

Oxucu. 2023-08-17 18:29:31

Açıq yazın,f-16 nüvə başlığlarının daşıyıcılarıdır,buda çox böyük risk məsələsidir,birdəm rusya nüvəni atıb tökər f-16 ların üstünə,hər şey ola bilər,burda Polşa və Rumunya qurbanlığ qoyun kimi olacaq əgər nüvəni işə salsalar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol