Menu

Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb

18.08.2023, 02:00
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub.

Qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

30-cu dəqiqədə Mateus Saldanya, 57-ci dəqiqədə Bibras Natxo fərqlənib.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. 116-cı dəqiqədə Kristian Beliç ikinci sarı vərəqəni alaraq "Partizan"ı azlıqda qoyub. Əlavə vaxt qolsuz yekunlaşdığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Serbiya klubu pley-offa yüksəlib.

Komanda pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

***

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əsas vaxt başa çatıb.

"Report"un məlumatına görə, meydan sahibləri 2:0 hesabı ilə öndədir.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub.

***

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu start götürüb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü polşalı Bartoş Frankovski idarə edir. Cütün qalibi pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol