Bu gün səhər saatlarında Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Moskvadakı obyektlərə hücum cəhdləri olub.

Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

“Pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib və paytaxtın Krasnopresnenski sahilyanı ərazisinə düşüb”, - məlumatda qeyd olunur.

Zərərsizləşdirilən digər PUA-nın qalıqları isə “Eksposentr” adlandırılan əraziyə düşüb.

İlkin məlumata görə, zərərçəkən yoxdur.

Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir.

Moskva meri Sergey Sobyanin teleqram kanalında yazıb ki, pilotsuz uçuş aparat Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, onun qalıqları “Ekspocenter” ərazisinə düşüb.

O, qeyd edib ki, ilkin məlumata görə, "ciddi dağıntı", zərərçəkənlər yoxdur: "Bu gecə hava hücumundan müdafiə qüvvələri Moskvaya uçmaq istəyən pilotsuz uçuş aparatını məhv edib. PUA-nın qalıqları “Eksposentr” zonasına düşüb, binaya ciddi ziyan dəyməyib. İlkin məlumata görə, zərərçəkən yoxdur. Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir”.

 “Baza” teleqram kanalı isə xəbər verir ki, “Expocentre”nin 8-ci pavilyonunda 30 kvadratmetr sahədə çökmə baş verib. Partlayış səsləri Moskva vilayətində, xüsusən də Krasnoqorskda, Odintsovoda, eləcə də “Moskva Siti” ərazisində eşidilib.

Eyni zamanda, Moskvada fəaliyyət göstərən aviasiya xidmətlərinin məlumatına görə, dron hücumları nəticəsində Vnukovo hava limanı ərazisində hava məkanı bağlanıb, uçuşlar və enişlər təxirə salınıb.

"AzPolitika.info"