ABŞ Prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen Inla Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün görüşməyə hazırdır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə rəsmi nümayəndəsi Con Kirbi bildirib.
“Onlar bu təklifə müsbət cavab vermədilər, lakin təklifimiz hələ də qüvvədədir. Biz ilkin şərt olmadan danışıqlar aparmağa hazırıq”, - deyə Kirbi bildirib.
Qeyd edək ki, Kimlə şəxsən üç dəfə görüşən ABŞ-ın əvvəlki Prezidenti Donald Trampdan fərqli olaraq, Bayden Şimali Koreya lideri ilə heçvaxt görüşməyib.
“AzPolitika.info”


Şərhlər