Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yeni qanunla Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olub.
Minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.


Şərhlər
Sonra deməyin ki, arada taksometr fırıldaqçıları, istifadəçi ilə xidmətçi arasında daha iki araçı və yeni sayğac xərclərini də əhaliyə və xidmətçiyə əlavə ödətmiş olursunuz? H.Arabul 297 milyon verib, 55-75%ə qədər elekrik sayğaclarını elektrona çevirsə 4cü inqlab ölkəsinin 30-40%i hələ də 1958-1974cü ilin sayğacları ilə işləyirlər? Mexanoplast yeni qaz sayğacları isə elekronlardan çox yaramaz texnikadır???