Menu

Moldova MDB-nin daha bir sazişindən çıxır

18.08.2023, 15:02
Moldova MDB-nin daha bir sazişindən çıxır

Moldova MDB-nin Sərhəd Qoşunlarının silahla təmin edilməsi prinsipləri haqqında Sazişindən çıxmaq qərarına gəllib.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq qərar layihəsi təsdiq olunmaq üçün parlamentə göndərilib.

Qeyd edək ki, bu il Moldova parlamenti MDB platformasında bağlanmış 8 sazişi denonsasiya edib. Daha 6 sazişin ləğvi ilə bağlı qərarlar təsdiq olunmaq üçün Milli Məclisə təqdim edilib.

Xatırladaq ki, sözügedən sənəd 1992-ci il mayın 15-də Daşkənddə MDB Hökumət Başçıları Şurasının iclasında imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol