Menu

Yunan azarkeşlər Putin leyhinə şüarlar səsləndiriblər - VİDEO

18.08.2023, 15:45
Yunan azarkeşlər Putin leyhinə şüarlar səsləndiriblər - VİDEO

Ötən gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Aris” və Ukraynanın “Dinamo Kiyev” komandaları arasında cavab görüşü baş tutub.

“AzPolitika.info” xəbər verir ki, “Aris” azarkeşləri komandalarının Kiyev “Dinamo”suna məğlubiyyətindən sonra Rusiya Prezidenti Vladimir Putini dəstəkləyən şüarlar səsləndirməyə başlayıblar.

Final fitindən sonraiki komandanın futbolçuları arasında əlbəyaxa dava başlayıb.

Qeyd edək ki, ilk görüşdə “Aris” 1-0 hesabı ilə qalib gəlsə də, cavab qarşılaşması 2-1 hesabı ilə “ağ-göylər”in xeyrinə yekunlaşıb. Əlavə vaxtdan sonra penaltilər seriyası baş tutub və bu görüşdə “Dinamo” 6-5 hesabı ilə qalib gəlib.

“Dinamo” avqustun 24-ü və 31-də Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol