Menu

“Əsas müharibəni nə vaxt yox, necə bitirməkdir...” - Ukrayna kəşfiyyatı dəqiq vaxt açıqlamır

18.08.2023, 16:15
“Əsas müharibəni nə vaxt yox, necə bitirməkdir...”  - Ukrayna kəşfiyyatı dəqiq vaxt açıqlamır

“Əlbəttə ki, biz təqvim və tarix barədə heç nə deməyəcəyik”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov yerli mətbuatın müharibənin nə zaman bitəcəyi barədə sualını cavablandırarkən deyib.

Yusov bildirib ki, Ukrayna ordusu və xalqı Rusiya işğalına son qoyaraq, müharibəni mümkün qədər tez bitirmək üçün əlindən gələni edir: “Əsas məsələ müharibənin necə bitəcəyidir. Müharibə Ukrayna torpaqılarının işğaldan azad edilməsi, azad, suveren, Avropanın və Avro-Atlantik birliyinin bir hissəsi olan Ukrayna dövlətinin qurulması ilə yekunlaşacaq”.

Yusov deyib ki, avqustun 24-də, yəni Ukrayna dövlətçiliyinin və müstəqilliyinin bərpası günündə Rusiyanın kütləvi raket zərbələri gözlənilir.

Xatırladaq ki, bundan öncə Ukrayna Baş nazirinin müavini İrina Vereşşuk ukraynalıları müharibənin 2-3 həftəyə, ilin sonuna, yaxud gələn ilin yazına qədər bitəcəyinə dair proqnozlara inanmamağa çağırıb. Dövlət rəsmisi deyib ki, müharibə marafon kimi uzun çəkə bilər.

“AzPolitika.info” 

Şərhlər

Mülkü Qəribli 2023-08-19 08:57:24

Azərbaycan BMT TŞnın ədalətli-operativ DQMV həllinə baxmayaraq, 30-36cı ildir hələ öz yuxarı Qarabağına bircə *addım belə ata* bilmir??? 2ci dünya müharibəsində torpağı SSRİ xalqlarının müqəddəs qanları ilə yoğrulmuş Ukraynanın azadlığı sərhədlərdən çox uzaqdır???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol