Türkiyədə Ukrayna üçün tikilən “ADA” tipli hərbi gəminin təməli qoyulub.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi internet səhifəsində yayımlanan məlumatda deyilir ki, “Korvet” sinfinə aid olan bu gəmi Türkiyənin Ukraynanın sifarişi ilə tikdiyi ikinci hərbi gəmidir.
Xəbərdə qeyd olunur ki, İstanbuldakı gəmiqayırma zavodlarının birində keçirilən gəminin təməlqoyma mərasimində iştirak etmək üçün Ukrayna Hərbi dəniz Qüvvələrinin Baş Qərargah rəisi Andrey Tarasaov və Ukrayna Müdafiə nazirinin müavini Vladimir Qavrilov Türkiyəyə gedib.
“AzPolitika.info”


Şərhlər