Menu

Rusiya - Ukrayna müharibəsində tərəflər 500 min hərbçi itirib – Hansı ölkə daha çox itki verib?

19.08.2023, 12:01
Rusiya - Ukrayna müharibəsində tərəflər 500 min hərbçi itirib – Hansı ölkə daha çox itki verib?

Ukraynada 18 ay əvvəl başlayan müharibədə ölən və yaralanan Ukrayna və Rusiya hərbçilərinin ümumi sayı 500 000-ə yaxınlaşır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ rəsmiləri sözügedən statistika ilə bağlı dəqiq məlumat verməyin çətin olduğunu, bu səbəbdən də açıqlanan rəqəmlərin arta biləcəyini deyiblər.

Rəsmilər iddia ediblər ki, Moskva müharibədə ölən və yaralananların sayını gizlədir, Ukrayna isə rəsmi rəqəmlər barədə açıqlama vermir.

Bununla belə, rəsmilər qeyd ediblər ki, Rusiyanın hərbi itkiləri 300 minə yaxınlaşır. Onlardan 120 000-nə yaxınının öldüyü, 170 000 ilə 180 000 arası hərbçinin isə yaralandığı bildirilir. 

Ukrayna tərəfdən isə 70 000-ə yaxın hərbçinin öldüyü, 100 000-120 000 arası hərbçinin də yaralandığı qeyd olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol