Menu

Oğuzda tələbə qəfil vəfat edib

20.08.2023, 11:58
Oğuzda tələbə qəfil vəfat edib

Oğuz rayonunun Bayan kəndində 18 yaşlı qız vəfat edib. “Report"un Şimal-qərb bürosunun məlumatına görə, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib. O, Təcili Tibbi Yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Qeyd edək ki, Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol