Menu

UKRAYNA İKİ ÖLKƏDƏN 61 "F-16" ALACAQ - Zelenski və Danimarka Müdafiə Nazirliyindən açıqlama

20.08.2023, 17:50
UKRAYNA İKİ ÖLKƏDƏN 61 "F-16" ALACAQ - Zelenski və Danimarka Müdafiə Nazirliyindən açıqlama

Ukrayna birinci mərhələdə tərəfdaşlardan 42 ədəd "F-16" qırıcısı alacaq.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

"Mark Rutte (Niderandın Baş naziri -red) və mən Ukraynaya veriləcək "F-16"-ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra. 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır", - Prezident yazıb.

Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin pilotları üçün təlimlər başa çatdıqdan və digər şərtlər yerinə yetirildikdən sonra "F-16" döyüş təyyarələri təhvil veriləcək.

Danimarka Ukraynaya 19 ədəd Amerika “F-16” qırıcısı verəcək.

“Hökumət indi Niderlandla birlikdə təyyarələrini bağışlamağa hazırdır. Danimarka “F-16” döyüş təyyarələri üzrə beynəlxalq təlim koalisiyasının yaradılmasına rəhbərlik edib”-deyə, məlumatda vurğulanıb.

Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol