Menu

Ərdoğan Orbanla hansı mövzuları müzakirə edib? - YENİLƏNİB

20.08.2023, 20:58
Ərdoğan Orbanla hansı mövzuları müzakirə edib? - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

“Danışıqlarda Türkiyə-Macarıstan münasibətləri ilə yanaşı, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü məsələsi, regional və beynəlxalq problemlər də nəzərdən keçirilib”, - deyə məlumatda bildirilir.

Görüşün digər detalları açıqlanmayıb.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gəlib.

“Report” xəbər verir ki, Ərdoğanın Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.

Tərəflər iki ölkə arasındakı münasibətləri, Ankaranın Avropaya inteqrasiyasını, aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol