İranın sanksiyalara məruz qalmış xam neftini daşıyan “Süveyş Rajan” tankeri Texas ştatı yaxınlığında boşaldılmağa başlanıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Associated Press” nəşri məlumat yayıb.
Eyni zamanda, İran mediası İslam İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) məxsus gəmilərinin İran körfəzində ABŞ gəmi və helikopterlərinə xəbərdarlıq etdiyi videonu yayımlayıb.
Xatırladaq ki, “Süveyş Rajan” neft tankeri bu il iyunun ortalarında ABŞ-ın İrana sanksiyaları zamanı saxlanılıb. Gəmidə ələ keçirilən 800 min barrel neftin 56 min dollar dəyərində olduğu bildirilir.
“AzPolitika.info”


Şərhlər
56 min yox, 56 milyon olar. Yəni bir bareli 71 dollara..