Menu

Polis Nemət Pənahlını saxladı – Hadisənin VİDEOSU

21.08.2023, 14:05
Polis Nemət Pənahlını saxladı – Hadisənin VİDEOSU

Bu gün səhər saatlarında Azərbaycan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlını DYP əməkdaşları saxlayıb.

DYP əməkdaşı 90-KM-590 dövlət nömrə nişanlı avtomobili idarə edən Nemət Pənahlıya Tbilisi prospekti, "Avropa" otelinin yaxınlığında "saxla" əmri verib. Bu foto və videonu vətəndaşlar Sitat.info-ya göndəriblər.

Bildiriblər ki, Nemət Pənahlının avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb: "Ehtimal ki, Nemət Pənahlı yol hərəkəti qaydalarını pozub. Polis əməkdaşı sənəd tələb etdi. Partiya sədri sənəd təqdim etmədi, mübahisə yaşandı. DYP əməkdaşı ilə Nemət Pənahlı arasında təxminən 15 dəqiqə söhbət oldu. Həmin ərazidə tıxac səbəbindən hadisəni sona qədər izləyə bilmədim".
Foto və videonu təqdim edirik:

Şərhlər

Tahir 2023-08-21 14:20:23

Bu heç yerdə işləmir, land Krüzee sürür? Tək bu maşının benzini ..... Dəhşətdi ki, belələrini dindirsən təmizlik, ədalət deyə elə bağırtılar ki...

Roma 2023-08-21 14:15:40

bunun sürdüyü maşına baxın... bizim respublikada halal adamların böyük əksəriyyəti əsasənçox yoxsul, miskin yaşayırlar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol