Menu

Moskvaya yenə dron hücumu olub - Paytaxtın hava limanları bağlanıb + VİDEO (Yenilənib)

22.08.2023, 12:23
Moskvaya yenə dron hücumu olub - Paytaxtın hava limanları bağlanıb + VİDEO (Yenilənib)

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı gecə dörd zərbə pilotsuz təyyarəsinin vurulduğunu bildirib. Onlardan ikisi Ukrayna ilə həmsərhəd Bryansk vilayətində, ikisii isə Moskva yaxınlığında düşürülüb. Ölən və  məlumat verilmir.

Moskva meri Sergey Sobyanin “Teleqram” da bildirib ki, pilotsuz təyyarələr Moskvanın qərbində - biri Krasnoqorsk vilayətində, digəri isə Çatsı yaxınlığında vurulub. Xüsusi xidmət orqanları hadisə yerinə yola düşüb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə deyib ki, Krasnoqorskda dronun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilməsindən sonra baş verən partlayış dalğası çoxmərtəbəli binanın şüşələrini sındırıb, park edilmiş avtomobillərə ziyan vurub.

“Sakinlər arasında xəsarət alan, yanğın yoxdur”, - deyə rayon rəhbəri bildirib.

“AzPolitika.info”

***

Rusiyanın Moskva vilayətinə dron hücumu olub. “Report” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, vilayətin Strogino və Krasnoqorsk şəhərlərində partlayış səsləri eşidilib. Ənənəvi olaraq nə Moskva vilayəti, nə də paytaxtda hava həyəcanı siqnalı verilməyib.

Bildirilib ki, paytaxtın Vnukovo, Domodedovo və Şerementyevo hava limanlarında bir neçə saatlıq uçuş-enişə məhdudiyyət qoyan “Xalça” planı tətbiq olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol