Menu

Fəvvarələr meydanındakı qanunsuz tikinti işlərinin qarşısı alınıb

22.08.2023, 15:49
Fəvvarələr meydanındakı qanunsuz tikinti işlərinin qarşısı alınıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Səbail rayonu, Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırıb.

Məlumata görə, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinı və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib.

Hazırda tikinti işləri tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb.

Şərhlər

CAMAL 2023-08-22 19:23:16

Hamının gözü qarşısında tikinti işləri aparılır, İcazəsiz ? Yalandır, icazə verəni də tikəni də eşşəyin quyruğuna bağlayıb sürumək lazımdır...! Bir nəfər içkili toyxananın ortasında yıxılır, səhər ayılanda soruşur məni yıxılanda görən olmadı ki ?....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol