Rusiya lideri Vladimir Putin ötən gün baş tutan Strateji İnkişaf və Milli Layihələr Şurasının iclası zamanı maraqlı hərəkətləri ilə yadda qalıb.
“AzPolitika.info” xəbər verir ki, iclas zamanı qolundakı saata baxmaq istəyən Putin bir anlığına saatı hansı qoluna bağladığını unudub.
Vladimir Putin iclas zamanı sol qoluna taxdığı saatı çıxararaq sağ qoluna bağlayıb. Lakin daha sonra saatın hansı qolunda oluğunu unudub. Bu görüntülərdən sonra Putinin psixi pozğunluğunun olduğuna dair iddialar gündəmə gəlib.
Qeyd edək ki, Putinin bu çaşqınlığı sosial şəbəkələrin Ukrayna seqmentində gülüş obyektinə çevrilib.
Sözügedən görüntüləri təqdim edirik:
“AzPolitika.info”


Şərhlər