Rusiyanın Ukraynadakı qoşunlarına rəhbərlik etmiş, daha sonra Rusiya Hava Kosmik Qüvvələrinin komandanı təyin edilmiş general Sergey Surovikinin yerinə yeni təyinat olub.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, “Vaqner” üsyanı ilə əlaqədə şübhəli bilinən Surovikin ev dustaqlığına göndəriləndən sonra onun daşıdığı Rusiya Hava Kosmik Qüvvələrinin komandanı vəzifəsi boş qalırdı. Rusiya mətbuatı yazır ki, bu posta general-polkovnik Viktor Musaviroviç Afzalov təyin olunub. Buna qədər Şərq hərbi dairəsində hava qüvvələrinin komandanı və Rusiya Hava Kosmik Qüvvələri komandanının müavini postlarını tutmuş Afzalov 2022-ci ilin dekabrında Putin tərəfindən general-polkovnik rütbəsinə layiq görülüb. Onun Ukraynaya qarşı işğal və Ukraynaya hava zərbələrinin endirilməsi planlarının hazırlanmasında yaxından iştirak etdiyi bildirilir.
Maraqlıdır ki, əksər Rusiya generallarından fərqli olaraq, Afzalovun bioqrafiyası ilə bağlı açıq mənbələrdə ətraflı məlumata rast gəlmək olmur. Yalnız 1968-ci ildə doğulduğu qeyd edilən Afzalovun nə doğum yeri, nə də milliyyəti göstərilmir. Onun uşaqlıq illəri barədə də heç bir məlumat verilmir.
“AzPolitika.info”


Şərhlər