Menu

Türkiyə xüsusi xidmət orqanlarına sui-qəsd hazırlayan terrorçu zərərsizləşdirilib

23.08.2023, 12:09
Türkiyə xüsusi xidmət orqanlarına sui-qəsd hazırlayan terrorçu zərərsizləşdirilib

Türkiyə Mili İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK-nın "nüfuzlu" şəxslərindən sayılan Bəkir Kınanı İraqın Süleymaniyyə şəhərində zərərsizləşdirib.

“Report” “Star” qəzetinə istinadən xəbər verir ki, bu şəxs Türkiyə Silahlı Qüvvələri, polis və MİT üzvlərinə qarşı sui-qəsd etmək üçün təlim keçib. Kod adı "Bawer Botan" olan bu şəxs 2019-cu ildə İraqa gedərək PKK-ya qoşulub. İndiyədək İran və İraqda terror fəaliyyətlərində iştirak edib.

Təlim keçdikdən sonra terrorçunun qanunsuz yollarla Türkiyəyə göndəriləcəyi xəbəri təsdiq olunub. Bu səbəbdən də hərəkətə keçən MİT terrorçunu sui-qəsdlə bağlı təlim aldığı ərazidə əməliyyat keçirərək zərərsiz hala gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol