Menu

Belçikanın xarici işlər naziri Bakını Ermənistanın ərazi bütövlüyünü tanımağa çağırıb

23.08.2023, 20:57
Belçikanın xarici işlər naziri Bakını Ermənistanın ərazi bütövlüyünü tanımağa çağırıb

"Biz Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıyan Nikol Paşinyanın cəsarətini alqışladıq və Azərbaycanın ali rəhbərliyini də buna çağırırıq", - Belçikanın xarici işlər naziri Haca Labib İrəvanda deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh sazişi yaxındır, Brüsseldə, Yerevanda və Bakıda yeni məsləhətləşmələr gözlənilir. Lakin o, məsləhətləşmələr kimlərin arasında olduğunu açıqlamayıb.

Qeyd edək ki, cümə axşamı Labib Bakıda olacaq və yəqin ki, öz sözlərinə aydınlıq gətirəcək. (Turan)

Şərhlər

Nazim 2023-08-23 22:09:40

görəsən bunların işi gücü yoxdur?
bir iki erməni şərəfsizinin pulun alıb boş boş danışırlar!

Azər 2023-08-23 21:15:00

Bunun deyəsən 30 ildir xəbəri yoxdur ki, kim kimin ərazisini işöal edib...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol