Menu

Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri İrəvana buraxılmayıb

24.08.2023, 10:55
Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri İrəvana buraxılmayıb

Rəsmi İrəvan Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının telegram kanalında məlumat yayılıb.

O, avqustun 24-də səhər saatlarında “Aeroflot”a məxsus təyyarə ilə Moskvadan İrəvana uçub. Lakin “Zvartnots” hava limanında V.Krivopuskovun sərhədi keçməsinə icazə verilməyib.

Qeyd edək ki, o, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müşaviri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol