Menu

“Krımın istənilən nöqtəsinə zərbə endirə bilərik” - Ukrayna kəşfiyyatının rəhbəri

24.08.2023, 11:47
“Krımın istənilən nöqtəsinə zərbə endirə bilərik” - Ukrayna kəşfiyyatının rəhbəri

“İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərbə endirə bilərik”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

O, Krımdakı əhalini yarımadadan çıxmağa çağırıb: “Onlar Krımdan çıxmalıdır. Yarımadada qalanlar isə kəşfiyyat orqanlarımıza kömək etməlidir”.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol