Menu

"Türkiyəni terror bəlasından, demək olar, xilas etmişik" - Hakan Fidan

24.08.2023, 14:37
"Türkiyəni terror bəlasından, demək olar, xilas etmişik" - Hakan Fidan

“Terror bəlasından xilas etmək üçün görəcəyimiz çox iş var. Türkiyədə bu məsələni, demək olar, həll etmişik”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ərbildə İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Barzani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, PKK terrorçuları hələ İraq torpaqlarında mövcudluğunu qorumaqdadır: “Bu virusu İraqda birlikdə təmizləyəcəyik. Biz İraqı terrorçulardan təmizləməkdə qətiyyətliyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol