Məlum olduğu kimi, ötən gün “Vaqner”-in lideri Yevgeni Priqojin təyyarə qəzasında həlak olub. Priqojinin ölümü “Vaqner” hərbi birləşməsinin gələcək taleyini də şübhə altına salıb.
“AzPolitika.info” xəbər verir ki, bu gün yayılan peyk görüntülərinə əsasən artıq Belarusda yerləşən “Vaqner” düşərgəsinin ləğvinə başlanılıb.
Yayılan fotoda səhra düşərgəsində qurulan çadırların üçdə birinin söküldüyü məlum olub.
Xatırladaq ki, Rusiyadakı uğursuz üsyandan sonra Priqojinin və bir qrup “Vaqner” hərbçisinin Belarusda məskunlaşdığı bildirilirdi.
“AzPolitika.info”



Şərhlər
Bu hadisə bir daha sübut elədi ki, güc siyasətin önündə məğlubdur. Həmçinin bir daha sübut olundu ki, məqsədə çatmaq üçün sonadək cəsarət mütləqdir. Priqojin hüdudsuz gücə sahib idi və Rusiyanın, təkrar edirəm Rusiyanın prezidentini devirməyə qadir idi. Çünki axıradək gedə bilmək üçün ağlı və cəsarəti yox idi. Bu da nəticə...
P.S. Ölməli köpək oğlu idi. Heydər Camalın oğlun öldürmüşdü...