Menu

Ukrayna ordusu Krıma zərbə endirib - Ölənlər və yaralananlar var

25.08.2023, 12:16
Ukrayna ordusu Krıma zərbə endirib - Ölənlər və yaralananlar var

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Krım yarımadasına zərbə endirib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsi atəşə tutulub.

Nəticədə üç nəfər ölüb, çox sayda insan yaralanıb.

Əməliyyatın təfərrüatları məlum deyil.

Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol