Menu

Fransa Azərbaycana qarşı iftiralardan əl çəkmir – Yeni qətnamə layihəsi hazırlayır

25.08.2023, 14:58
Fransa Azərbaycana qarşı iftiralardan əl çəkmir – Yeni qətnamə layihəsi hazırlayır

Fransa 16 avqustda Ermənistanın tələbi ilə keçirlən BMT Təhlükəsizlik Şurasının (TŞ) toplantısının fiasko ilə nəticələnməsindən dərs çıxarmayıb.

“AzPolitika.info” “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, Fransa Xankəndindəki “humanitar vəziyyətlə” bağlı BMT TŞ-yə qətnamə təqdim etməyə hazırlaşır.

Qəzet qətnamə layihəsinin təfərüaatlarını yazmayıb, amma qeyd olunur ki, sənəddə “120 min kişi, qadın və uşağın həyatının BMT Təhlükəsizlik Şurasının əlində olduğu” vurğulanır.

“Le Figaro”da dərc olunan məqalənin davamı Azərbaycana qarşı iftira və böhtanla doludur. Fransanın öndə gedən mediası bölgədə baş verən hadisələri heyrətamiz dərəcədə təhrif edərək Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd edir.

Hətta həyasızcasına Qarabağ ərazində qalan ermənilərin hər gün acından öldüklərini, işıq, su və internetdən məhrum olduqlarını iddia edir.

Halbu ki, bu barədə bircə fakt belə mövcud deyil. Son aylarda Qarabağ erməniləri arasında atəş nəticsəində heç bir ölüm faktı baş verməyib.

Onların gündəlik yaşayışını əks etdirən fotoları isə Azərbaycanın BMT-dəki səfri Yaşar Əliyev TŞ iclasında faktlarla iştirakçı ölkələrin nümayəndələrinə təqdim edib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol