Menu

Polşa səfirliyindən viza vədi ilə vətəndaşları aldatdılar – “Onlarla vətəndaşın pulunu mənimsəyib” + FOTOLAR

25.08.2023, 15:31
Polşa səfirliyindən viza vədi ilə vətəndaşları aldatdılar – “Onlarla vətəndaşın pulunu mənimsəyib” + FOTOLAR

“Viza məsələləri ilə məşğul olduğunu iddia edən İsmayılzadə Pərviz Tapdıq oğlu adlı şəxs bizə qarşı dələduzluq edib. Əvvəlcədən verdiyi vədlərə əməl etməyən bu şəxs, bizim kimi onlarla vətəndaşın pulunu mənimsəyib”.

Bu barədə bir qrup vətəndaşın “AzPolitika.info”-ya ünvanladığı şikayət məktubunda bildirilir.

Şikayətçilər bidirirlər ki, xaricdə təhsil adı ilə fəaliyyət göstərən şirkət vizayla bağlı onları Pərviz adlı şəxsə yönləndirib: “United Academy” adlı şirkət bizə Pərviz İsmayılzadənin əlaqə nömrəsini verdi. Biz də özünü Pərviz İsmayılzadə kimi təqdim edən bu şəxslə danışdıq. O, Polşa səfirliyində əlaqələrinin olduğunu, ödəniş qarşılığında viza üçün yer götürməklə bağlı köməklik göstərə biləcəyini dedi. Bundan sonra müxtəlif məbləğlərdə ödəniş etdik. Lakin sözügedən şəxs əvvəlcədən verdiyi vədə əməl etmədi. O, iki həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, lazımı sənədləri bizə vermədi. Əvvəlcədən ödədyimiz pul da bizə qaytarılmadı”.

Şikayətçilər dələduzluq faktlarıyla ittiham olunan şəxsin müxtəlif bəhanələrlə hadisədən yayınmaq istədiyini deyirlər.

“Əvvəlcədən dəfələrlə əlaqə saxladığımız nömrənin sahibi indi Pərviz adlı şəxsin o olmadığını iddia edir. O, telefonu yerdən tapdığını, Pərvizi isə ümumiyyətlə tanımadığını deyir. İndi də zənglərimizə cavab vermir”,- şikayət məktubunda bildirilir.

Şikayətçilər sonda üzləşdikləri dələduzluq faktlarıyla bağlı Daxili İşlər Nazirliyinə müraciət etməyə hazırlaşdıqlarını bildiriblər.

Qeyd edək ki, oxşar şikayətlərlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Pərviz İsmayılzadə adlı şəxsin müxtəlif vaxlarda insanları eyni yolla aldatdığı, onların pulunu mənimsədiyi məlum olub.

Şikayətçilərin iddiaları ilə bağlı Pərviz İsmayılzadənin də mövqeyini dərc etməyə hazırıq. 

“AzPolitika.info”




Şərhlər

Oxucu 2023-08-25 22:13:41

Polsa Respublikasinin Azerbaycandaki sefirliyinde visaya muraciet puskatma vasitesile heyata kecirilir. Polsaya getmek isteyenler bu haqda melumatli olurlar. Qabaga dushek deyerken geriye dushubler. Kecmis olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol