“Rusiya bizə hərbi yolla qalib gələ bilmir, Ona görə də onun “B” planı var”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov “Azadlıq Radisosu”-na açıqlamasında deyib.
Danilov “B” planının Ukraynada daxili vəziyyəti qarışdırmaqdan ibarət olduğunu bildirib: “Daxili destabilizasiya hesabına ölkəni silkələmək istəyirlər. Lakin biz ayıq olacağıq və Rusiyanın hesabladığı hadisələrin baş verməsinə imkan verməyəcəyik”.
Danilov qeyd edib ki, Rusiya Ukraynada daxili vəziyyəti qarışdırmaq üçün işğal olunmuş ərzilərdən, xüsusilə də Luqanskdan köçmüş satqınlardan, kollobarantlardan istifadə edir: “İndi onlar “youtube”-da oturublar. Ancaq təəssüf ki, bizim ölkənin ərazisində deyillər. Buna baxmayaraq, özlərini ukraynalılar kimi təqdim edir və guya nələrisə təhlil edirlər”. Danilov bunları deyərkən son zamanlar Zelenski hakimiyyətinə qarşı aktiv təbliğat aparan və əsasən xaricdə yaşayan “ukraynalıları” nəzərdə tutub.
“AzPolitika.info”

Şərhlər