ABŞ ordusunun Baş Qərargah rəisi Mark Milley Yaxın Şərqin onlar üçün bir çox cəhətdən önəmli olduğunu vurğulayaraq, bu bölgəni tərk etməyəcəklərini bildirib.
“AzPolitika.info” xəbər verir ki, Yaxın Şərqlə əlaqələrini davam etdirəcəklərini vurğulayan Milley, ABŞ-ın bölgədən getmək kimi bir fikrinin olmadığını deyib:“Buradakı öhdəliyimiz uzun illər davam edəcək. Bizim bu bölgə ilə yaxın dostluğumuz və tərəfdaşlığımız var. Bu bölgənin sabit olduğundan əmin olmaq istəyirik. Bura neftin əsas mənbəyidir”.
“ABŞ bölgədə hərbi varlığını artırmağı düşünürmü?” sualına Milley belə cavab verib: “Bu, təhlükəsizlik səviyyəsindən asılıdır”.
“AzPolitika.info”


Şərhlər
Hələdə bizdə bəzi bədbəxt düşüncəlilər ABŞ demokratiya carçısı kimi tanıyırlar,qardaş bu kişi oğlu kimi düz deyir,neft,neft yenədə neft.