Menu

“Rusiya Baxmutdakı uğursuzluqlar səbəbindən yeni hücum planlaşdırıb” - Britaniya kəşfiyyatı

26.08.2023, 12:04
“Rusiya Baxmutdakı uğursuzluqlar səbəbindən yeni hücum planlaşdırıb” - Britaniya kəşfiyyatı

Baxmutdakı təzyiqlər və uğursuzluqlar səbəbindən Rusiya ordusu yaxın iki ay ərzində Kupyansk-Liman xətti boyunca hücum əməliyyatlarının intensivliyini artıracaq. Rus ordusu Oskol çayına doğru irəliləyərək Luqansk vilayəti ətrafında bufer zona yaratamağa çalışacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hazırda Ukraynadakı rus qoşunlarının qərb qruplaşması şimal-şərqdə kiçik hücumlar həyata keçirməyə çalışır. Onların Kupyansk-Liman bölgəsinin bəzi yerlərində kiçik uğurlar qazandıqları bildirilir.

“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatının bir hissəsi olaraq rusları cənubdakı mövqelərindən geri çəkilməyə məcbur edir və Baxmut yaxınlığındakı rus qüvvələrinə təzyiq göstərirlər. Rusiya isə öz növbəsində döyüş meydanında təşəbbüsü bərpa etməyə və yenidən hücuma keçməyə çalışır. Hazırda Kupyansk-Liman xətti bu hücum üçün potensial istiqamətlərdən biridir”,- deyə məlumatda qeyd olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol