Menu

Yeltsinin məşhur kadrı öldü – Krımın işğalına qarşı çıxmışdı...

26.08.2023, 16:07
Yeltsinin məşhur kadrı öldü – Krımın işğalına qarşı çıxmışdı...

Bu gün 1993-1996-cı illərdə Rusiya Prezidenti Boris Yeltsinin aparat rəhbəri olmuş Sergey Filatov 87 yaşında vəfat edib.

Filatov 1996-cı il seçkilərində Yeltsini dəstəkləyən ictimai hərəkata rəhbərlik edib. Bir il sonra isə Sosial-İqtisadi və İntellektual Proqramlar Fondunun rəhbəri olub.

O, Rusiya Jurnalistlər Birliyinin üzvü, Moskva Yazıçılar Birliyinin sədri, Mərkəzi Seçki Komissiyası yanında ictimai elmi məsləhət şurasının həmsədri olub.

Filatov 2014-cü ilin martında Rusiya hakimiyyətinin Krımdakı siyasətinə qarşı müraciət imzalayıb. “Şərəf” və “Dostluq” ordenləri ilə təltif edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol