Menu

“Ağ Ev bilərəkdən Ukraynanın uğurlarını kiçildir” – “The Wall Street Journal”

26.08.2023, 16:13
“Ağ Ev bilərəkdən Ukraynanın uğurlarını kiçildir” – “The Wall Street Journal”

“Bayden daha çox və qısa müddətdə silah verməklə Ukrayna qüvvələrinin uğur qazanmaq şanslarını xeyli artıra bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu “The Wall Street Journal” nəşri Bayden administrasiyasını kəskin tənqid etdiyi yazısında bildirib.

Yazıda qeyd olunur ki, Bayden administrasiyası bilərəkdən vaxtından əvvəl Ukrayna əks-hücumunu tənqid etməklə, Ukraynanın uğurlarını kiçildir. Qəzet yazır ki, hazırkı ABŞ hökuməti müharibənin Amerikada gözlənilən prezident seçkiləri dövründə də davam etməsi perspektivinə görə məsuliyəti “düzgün əks-hücum əməliyyatı aparmayan” Ukraynanın üzərinə atmaq niyyəti güdür. Əslində isə Ukrayna ciddi uğurlar qazanmaqdadır və bu uğurları genişləndirmək üçün daha geniş miqyasda və qısa müddətdə silah tədarükünə ehtiyac var: “Bu həftə Ukrayna cənub-şərq istiqamətində, Zaporojyedə Rusiya müdafiəsini yarmağa və Rabotinonu azad etməyə müvəffəq olub. Bu, Rusiya üçün strateji təminat xətti olan Melitopola gedən yolun üzərindədir. Müharibə Araşdırmaları İnstitutu bəyan edib ki, Ukrayna qüvvələri Rusiyanın ikinci müdafiə xəttinə yaxınlaşır və müdafiədə yaranmış boşluğu böyüdür. ABŞ-ın Ukraynaya qeyri-effektivlik barədə oxuduğu leksiyalar müəyyən ironiya təsiri bağışlayır. Çünki ABŞ-ın bu cür möhkəmləndirilmiş müdafiə xətləri üzərində qələbə strategiyası hava məkanında tam üstünlüyü nəzərdə tutur. “Səhrada fırtına” əməliyyatı zamanı ABŞ Səddam Hüseynin müdafiəsini zəiflətmək üçün havadan bombardmanlarına həftələrlə vaxt sərf etdi, bundan sonra quru qoşunlarını göndərdi. Ukraynalılar isə hələ də ABŞ-ın söz verdiyi “Abrams” tanklarını gözləyir. Onların eləcə də minatəmizləyən avadanlıqları belə çatışmır”.

Yazı müəllifləri Donald Trampın Avropanın Ukraynaya lazımınca hərbi dəstək göstərməməsinə dair tənqidinə də cavab veriblər. Yazıda qeyd olunub ki, Böyük Britaniya və Fransa artıq Ukraynaya uzaq məsafəli raketlər verdiyi halda, ABŞ hələ də bu prosesi yubadır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol