Bu gün səhər saatlarında iranın Hormozqan əyalətinin Keşar kəndi yaxınlığında neft məhsullarının ötürücü xəttlərindən birində partlayış olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Azad İran” “Teleqram” kanalı məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra ərazidə şiddətli yanğın başlayıb. Yanğın yerindəki “Pride” markalı avtomobilin də yandığı bildirilir.
Qeyd olunur ki, yanğının şiddətindən avtomobilin içərisindəki şəxsin həlak olub-olmadığını öyrənmək mümkün olmayıb.
“AzPolitika.info”


Şərhlər