Menu

“2025-ci ilin fevralına qədər Ermənistandayıq” – “Biz müşahidə aparırıq, foto çəkirik...”

28.08.2023, 14:50
“2025-ci ilin fevralına qədər Ermənistandayıq” – “Biz müşahidə aparırıq, foto çəkirik...”

“Mənim missiyam ötən ilin dekabrı-bu ilin əvvəlində razılaşdırılıb. İlk başdan bəlli idi ki, 103 beynəlxalq işçimiz olacaq, 35 yerli nümayəndəmiz isə altı fəaliyyət bazamızda fəaliyyət göstərəcək. Bu bazalardan dördü artıq açılıb, qalan ikisini də açırıq. Bu, bizim mandatımızda yazılıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı "mülki missiyasının" rəhbər, 2020-ci ildən Almaniyanın Ştutqart Şəhər Polis İdarəsinin rəisi olan, Azərbaycana qarş düşmən münasibəti ilə tanınan Markus Ritter “Azadlıq” radiosuna müsahibəsində deyib.

O bikdirib ki, ötən ilin noyabrında Praqada razılaşdırılmış müvəqqəti missiyanın mandatının uzadılması heç vaxt nəzərdə tutulmayıb.

“Biz mandatımız çərçivəsində hərəkət edirik və bu, 2025-ci ilin fevralına qədər davam edəcək”, - o əlavə edib.

Ernənipərəst missiya rəhbəri Azərbaycanla əməkdaşlığın olmadığını da etiraf edib:  “Yeganə əməkdaşlığımız bundan ibarətdir ki, bir həftə əvvəldən Brüsselə - Avropa İttifaqının xüsusi nümayəndəliyinə Ermənistan Müdafiə Nazirliyi və sərhəd mühafizəçilərinin müşayiəti ilə ekspedisiyamız barədə məlumat göndəririk. Məqsəd odur ki, yanlış anlaşılma olmasın, hər iki tərəf bizim gəlişimizdən xəbərdar olsun”.

M.Ritter daha sona Ermənistanda həyata keçirdikləri fəaliyyəti təsvir edib: “Biz müşahidə aparırıq, foto çəkirik, müqayisə edirik ki, ötəndəfəki səfərimizdən sonra istehkamlarda hər hansı dəyişiklik varmı. Sonra bu hesabatları Brüsselə göndəririk. Texniki təchizat kimi isə binokllar və kameralardan istifadə edirik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol