Menu

Ticarət mərkəzinə partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

28.08.2023, 20:00
Ticarət mərkəzinə partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Bakıda “Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat yayılıb.

APA-nın xəbərinə görə, hüquq-mühafizə orqanları tərəfindən ticarət mərkəzində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Mərkəzdə olanlar təxliyə olunub, bina yoxlanıb, hər hansı partlayıcı aşkarlanmayıb.

Polis yanlış məlumat verən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat təsdiq olunub.

Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol