Menu

“Fransa Ukrayna Silahlı Qüvvələri ilə bərabər döyüşmək fikrində deyil” - Makron

29.08.2023, 11:31
“Fransa Ukrayna Silahlı Qüvvələri ilə bərabər döyüşmək fikrində deyil” - Makron

Fransa Ukrayna Silahlı Qüvvələri ilə bərabər döyüşmək fikrində deyil, çünki Ukrayna münaqişəsinin hər hansı formada genişlənməsinin qarşısını almağa çalışır.

“AzPolitika.info” xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makron səfirlərin illik konfransında çıxış edərkən deyib.

Makron vurğulayıb ki, Paris Ukraynadakı münaqişənin hər hansı eskalasiyasından qaçmağa çalışır.

O, Fransanın döyüş meydanında işğalçılarla qarşıdurmada birbaşa iştirakının mümkünlüyünü istisna edib.

Eyni zamanda o, Aİ-nin Ukraynanı humanitar məsələlərdə, iqtisadi yardımda və silahların tədarükündə digərlərindən daha çox dəstəklədiyini vurğulayıb.

Makron həmçinin qeyd edib ki, Rusiya ordusu heç bir ssenari üzrə Ukrayna ilə müharibədə qalib gəlməməlidir.

“AzPolitika.info”

Şərhlər

Turan 2023-08-29 16:36:47

Bu xoruzlar ölkəsinin çökməsinə beş il qalıb. Paris müsəlman ölkəsinə çevriləcək, necə ki, Dumanlı Albion çevrilir

Senan 2023-08-29 13:24:52

sənin duxun çatmaz, vermişel...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol