Menu

Bakıdan Xankəndiyə yola salınan 40 ton unla yüklü avtomobillər Hacıqabula çatıb - VİDEO

29.08.2023, 12:30
Bakıdan Xankəndiyə yola salınan 40 ton unla yüklü avtomobillər Hacıqabula çatıb - VİDEO

Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama doğru irəliləyir.

APA-nın avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir ki, unla yüklü iki avtomobil hazırda Hacıqabul rayonu ərazisindədir.

Qeyd edək ki, 40 ton un yüklənmiş humanitar yardım avtomobillərinin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan bildirib ki, Cəmiyyətin rəhbər işçiləri və könüllüləri humanitar yükün Xankəndiyə çatdırılması üçün səfərbər olub. “İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr nəzərdə tutulub. Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq”, - deyə Novruz Aslan vurğulayıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qeyri-siyasi, qeyri-hökumət təşkilatı olduğunu diqqətə çatdıraraq, ehtiyac olduğu təqdirdə Qarabağda yaşayan erməni əhali üçün daha sonra da yardımlar göndərə biləcəklərini bildirib.

Şərhlər

Roma 2023-08-29 13:33:15

Bizə düşmən olan ermənilərə humanitar yardım??? ermənilərin içində bizə qarşı düşmən olmayan demək olar ki, yoxdur, bu birmənalı belədir və onlara yardım nahaq göndərilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol