Menu

Putin G20 sammitində iştirak etməyəcək

29.08.2023, 14:19
Putin G20 sammitində iştirak etməyəcək

Putinin G20 sammitində iştirak etməyəcəyi təsdiqlənib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Guardian” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ötən gün Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefonda danışıb. Görüş zamanı Putin Modiyə G20 Sammitində iştirak edə bilməyəcəyini bildirib.

Hindistan rəhbərliyindən verilən açıqlamada Putinin sammitə qatılmamaq qərarının anlaşılan olduğu qeyd edilib.

Putini sammitdə Xarici İşlər naziri Sergey Lavrov əvəz edəcək.

Qeyd edək ki, Hindistanın ev sahibliyi ilə keçiriləcək G20 Liderlər Zirvəsi 9-10 sentyabr tarixlərində keçiriləcək.

“AzPolitika.info”

Şərhlər

Turan 2023-08-29 16:45:17

Изгой

Camal 2023-08-29 14:41:05

Nə xeyiri var bu yalançı sammitlərin. Yığışırlar, çərənləyib dağılışırlar, nəticə də yox. Dünya getdikcə qarışır. Haqsızlar müdafiə olunur.., kim nə istəyirsə onu da edir, Dünyanın gələcəyinə ümidsizlik yaranır. Yadplanetlilər gəlməlidir......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol