Menu

Ukraynada müharibə başlayandan ölən mülki vətəndaşların sayı 9 500-ü keçib

29.08.2023, 15:16
Ukraynada müharibə başlayandan ölən mülki vətəndaşların sayı 9 500-ü keçib

Ukraynada müharibə başlayandan 9511 mülki şəxs həlak olub.

“Report” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından bildirilib.

Qeyd olunub ki, onların 4405-i kişi, 2638-i qadın, 233-ü qız və 287-si oğlan uşağıdır.

Ölənlərdən 1948 nəfərinin şəxsiyyəti məlum deyil.

Məlumata görə, müharibə nəticəsində 17 206 nəfər yaralanıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol