Ukrayna 13 həftədir davam edə əks-hücum əməliyyatlarında cəmi 2 “Leopard” tankını itirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Forbes” nəşri məlumat yayıb.
Məlumata görə, əks-hücum əməliyyatlarından əvvəl Ukraynaya 71 “Leopard” tankı təhvil verilib.
Hücum əməliyyatlarında istifadə edilən bu tanklardan cəmi 10 ədədinin zərər gördüyü bildirilir.
Zərər görən tankların Polşa və Almaniyada təmir edildikdən sorna yenidən cəbhəyə göndərildiyi qeyd olunur.
“AzPolitika.info”


Şərhlər