“Heç Fransa da Azərbaycan və Türkiyə ilə sərt qarşıdurmaya getməyəcək”
“Artıq Paşinyanın kənarlaşdırılması “artsax”-ın subyektliyini xilas etməyəcək, ancaq biz heç olmasa Ermənistan Respublikasını saxlaya bilərik”.
“AzPolitika.info” xəbər verir ki, bunu erməni siyasətçi, Ermənistanın “Demokratik alternativ” partiyasının siyasi şurasının sədri Suren Surenyants deyib.
Onun Ermənistan mətbuatında dərc edilən açıqlamasında deyilir ki, Qarabağ ermənilərinin Qərbə, yaxud Rusiyanın özünə güvənməsi mənasızdır və heç bir qüvvə ermənilərə görə Azərbaycan və Türkiyə ilə sərt qarşıdurmaya getməyəcək: “Beynəlxalq sülhməramlı missiyanın dağlıq Qarabağa dəvət edilməsi çağırışları reallıqdan uzaqdır və kobud manipulyasiyadır. Nə BMT, nə də ATƏT belə bir qərar qəbul etməyəcək. Azərbaycan bu təklifi müzakirə belə etməyəcək. Dünyada heç bir ölkə (hətta Fransa da) Ermənistana, xüsusilə də “artsax” xalqına görə Azərbaycan və Türkiyə ilə sərt qarşıdurmaya getməyəcək”.
Surenyants əlavə edib ki, “dağlıq Qarabağ” bu gün siyasi subyektliyin bütün komponentlərini tamamilə itirib və indiki situasiyada ona siyasi muxtariyyət verilməsinə dair tələblər tamamilə mənasızdır.
Erməni siyasətçi bildirib ki, bu gedişlə Qarabağdakı ermənilər həmin əraziləri tərk etmək reallığı ilə üz-üzə qalacaq: “Bizim “qırmızı cizgilər” çəkə biləcək resurslarımız yoxdur. İndi söhbət yalnız Qarabağdakı ermənilərin orada yaşamaq hüququnun təmin olunmasından gedə bilər. Bu sualı Rusiya tərəfinin qarşısında birbaşa qoymaq lazımdır: onlar ermənilər üçün bunu təmin edirlərmi, yoxsa biz həmvətənlərimizin evakuasiyası üçün humanitar dəhliz barədə düşünməliyik?
Zaman və beynəlxalq kontekst bizim əleyhimizə işləyir. Əgər indi siyasi həll yolunu tapmasaq, iki-üç aydan sonra daha ağır bədəl ödəməli olacağıq”.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Bu dığalar 200 ildirki qanmırdılar.Dəmir YUMRUQ qandırdı.Rus köpəkləridə qanmırlar.Onlarında qandırmaq vaxtına az qalıb.
Muharibeden qabaq da Pasinyan parlamentde bele tipli beyanatlar verirdi , kecmis isgalci prezident Ter Petrosyan da deyirdi razilasin Azerbayvan ile sonra vaxt geler yalvaracayiq ...indi de az sayda agli basinda olan mutexesisler var ..amma bunlar bele gedisatla basa dusen deyiller ...
ermənilərin içindədə ağıllı başlar var ,düz deyir, ermənistan respublikasını qurtarmaq lazımdır
Dəlikdən axıllı xəbər!