Menu

Fransa maşınları Azərbaycan sərhədinə gəlir - Təxribat başladı

30.08.2023, 10:37
Fransa maşınları Azərbaycan sərhədinə gəlir - Təxribat başladı

Fransa Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərini kobud pozaraq təxribata əl atıb.

"Azpolitika.info" erməni mətbuatına istinadla xəbər verir ki, Fransadan Xankəndinə göndərilən "humanitar yüklə" dolu avtomobillər İrəvanın Respublika meydanından Laçın yoluna doğru yola düşüblər.

İlkin məkumata görə, yük karvanını Fransanın və Strasburqun merləri müşayiət edirlər.

Paris və Fransanın bir sıra iri rayonları tərəfindən Qarabağa göndərilmiş humanitar yük maşınları karvanı bu gün Laçın yolunun girişində olacaq.

Paris meri Ann Hidalqo humanitar yardım karvanını müşayiət etmək üçün avqustun 30-da Ermənistana gələcək.

"Azpolitika.info"

Şərhlər

Veteran 2023-08-30 12:06:20

Gəlib, nə qələt edəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol