Menu

Rusiya bir həftədə 2 milyard dollarlıq hərbi texnika itirib – Ən müasir RLS məhv edilib

30.08.2023, 14:35
Rusiya bir həftədə 2 milyard dollarlıq hərbi texnika itirib – Ən müasir RLS məhv edilib

Ukraynan Silahlı Qüvvələri əks-hücum əməliyyatları zamanı Rusiya ordusuna ağır zərbələr vurub.

Son günlər Rusiya daxilində və cəbhədə sıradan çıxarılan hərbi texnika, artilleriya sistemləri və təyyarələrin dəyəri yüz milyonlarla dollarla ölüçülə bilər.

Dünən gecə saatlarında Ukrayna dronlarının Pskovda yerləşən hərbi aerdroma endirdiyi zərbə nəticsəində 7 “İL-76” hərbi nəqliyyat təyyarəsi zədələnib, onlardan ikisinin tamamilə məhv edildiyi bildirilir.

Qeyd edək ki, bu təyyarələr Ukraynada döyüşən işğalçı Rusiya ordusu üçün hərbi təchizatın daşınmasında başlıca rol oynayır.

Hərbi ekspertlər bildirirlər ki, “İL-76” təyyarənin qiyməti 50 milyon dollardan 100-110 milyon dollara qədər təşkil edir. Rusiyanın rəsmiləri 4 təyyarənin, müxtəlif hərbi mənbələr isə 7 “İL-76”-nın sıradan çıxdığını təsdiqləyirsə, zərərin miqyasının bir neçə yüz milyon dollar olduğu dəqiqdir.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyi dünən Rusiya Silahlı Qüvvələrinin yeni istifadəsinə verilmiş "Predel-E" RLS-i məhv etdiyini açıqlayıb. Xesronun işğal altında qalan hissəsində fəaliyyət göstərən "Predel-E"-nin qiymətinin azı 200 milyon dollar olduğu bildirilir.

Bundan iki həftə öncə isə Krım yaxınlığında Rusiya hərbi sənaye kompleksinin şah əsəri sayılan S-400 "Triumf" ZRK məhv edilib, onun dəyəri 1.25 milyard dollardır.

Bu itkilərin təqribi ümumi dəyəri 2 milyard dollardan artıqdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol