Menu

“Ağdam-Xankəndi yolu açılacaq” - Erməni siyasətçi

30.08.2023, 15:05
“Ağdam-Xankəndi yolu açılacaq” - Erməni siyasətçi

Laçın yolu ilə bağlı “blokada şousu” davam edərkən, Ermənistanda Azərbaycanın iradəsinin qalib gələcəyini başa düşənlərin sayı artmaqdadır.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Demokratik alternativ” partiyasının sədri Suren Surenyants öz sosial şəbəkə səhifəsində Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun açılacağını yazıb: “Təəssüf ki, bütün beynəlxalq subyektlər arasında Laçın və Ağdam yollarının paralel olaraq açılması barədə vahid rəy var. Makron-Əliyev telefon danışığından, amerikalıların susmasından və rusiyalı sülhməramlıların davranışlarından belə təəssürat yaranır. Bu, reallıqdır”.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol