Rusiyanın Kurskda yerləşən hərbi aerodromuna olunan və 5 döyüş təyyarəsinin məhvi ilə nəticələnən hücumun bir sıra təfərrüatları ortaya çıxıb.
“AzPoltika.info” xəbər verir ki, bu barədə Ukraynanın təhlükəsizlik xidməti məlumat yayıb.
Məlumata görə, aerodromdakı təyyarələr kardon pilotsuz uçuş aparatlarıyla (PUA) vurulub.
Sözügedən hücum nəticəsində Rusiyanın bir ədəd “MiQ-29” və dörd ədəd “Su-30” döyüş təyyarəsinin vurulduğu, həmçinin iki ədəd “Pantsir” raket buraxılış qurğusunun və “S-300” hava hücumundan müdafiə sisteminin zədələndiyi bildirilib.
Qeyd edək ki, Ukraynanın Avstraliyadakı səfiri Vasil Mryoşnıçenko da Rusiya aeorodromuna olunan hücumda kardon dronlardan istifadə edildiyini təsdiqləyib.
Məlumat üçün bildirək ki, sərt kardondan hazırlanan bu dronlar paket halında çatdırılır və asanlıqla yığıla bilir. 120 kilometr uçuş məsafəsi olan bu PUA-lar kəşfiyyat üçün nəzərdə tutulsa da, Ukraynaya göndərilən avadanlıqlara bir sıra özəl əlavələr edilərək, döyüşdə istifadə oluna biləcək vəziyyətə gətirilib.
Qeyd edək ki, bu PUA-ların yüngül çəkili və kiçik həcmli olması səbəbindən radarlardan yayındığı bildirilir.
“AzPolitika.info”


Şərhlər