Hər həftə Rusiyada 100 əsgər döyüşməkdən imtina etdiyinə görə həbs edilir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, avqustun 25-də Rusiya hərbi məhkəməsi Ukraynada cəbhəyə qayıtmaqdan imtina etdiklərinə görə iki hərbçini ən azı iki il müddətinə azadlıqdan məhrum edib.
Bildirilib ki, bu tendensiya davam edərsə, hər il döyüşməkdən imtina etdiyinə görə 5200-ə yaxın hərbçi həbs oluna bilər.
Məlumata görə, Rusiya həbs olunan şəxsləri səfərbərliklə ordu sıralarına qoşulan təcrübəsiz hərbçilərlə əvəz etməyə çalışır.
“AzPolitika.info”


Şərhlər