Menu

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyinin məlumatı

30.08.2023, 23:32
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyinin məlumatı

Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, - məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol