Menu

ABŞ-ın neft ehtiyatları 10,6 milyon barel azalıb

31.08.2023, 01:16
ABŞ-ın neft ehtiyatları 10,6 milyon barel azalıb

ABŞ-da kommersiya məqsədli neft ehtiyatları bir həftə ərzində 10,6 milyon barel azalaraq avqustun 25-də 422,9 milyon barel təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

Nazirlikdən qeyd olunub ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 3% aşağıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol