Menu

Reznikov istefaya göndərilir – Onu əvəz edəcək Rüstəm Umarov kimdir?

31.08.2023, 11:45
Reznikov istefaya göndərilir – Onu əvəz edəcək Rüstəm Umarov kimdir?

Ukrayna Müdafiə Nazirliyi ətrafında korrupsiya qalmaqalları səngimək bilmir və belə görünür ki, ölkə rəhbərliyi, nəhayət, nazir Aleksey Reznikovu dəyişmək qərarına gəlib.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna parlamentinin hakim partiyadan olan deputatı, Radanın Maliyyə, vergi və gömrük məsələləri komitəsinin sədr müavini Yaroslav Jeleznyak öz sosial şəbəkə səhifəsində A.Reznikovun sentyabrın birinci həftəsində istefaya göndəriləcəyini yazıb. Jeleznyakın bildirdiyinə görə, Reznikov Böyük Britaniyaya səfir göndəriləcək, nazir vəzifəsi isə Dövlət Əmlak Fondunun başçısı Rüstəm Ənvər oğlu Umarova tapşırılacaq.

Rüstəm Umarov da A.Reznikov kimi hərbçi deyil. İxtisasca maliyyəçi olan Umarov dövlət vəzifəsinə keçənə qədər bacarıqlı iş adamı və xeyriyyəçi kimi tanınıb. 1982-ci ildə Səmərqənddə anadan olan gələcək nazir əslən Krım tatarıdır və onun ailəsi 1944–cü ildə Krımın Aluşta şəhərindən Özbəkistana sürgün edilənlər arasında olub. Umarovun ailəsi yalnız 1980-ci illərin ortalarında Krıma qayıda bilib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol